Fevralın 12-də İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğu İran İslam Respublikasının yaranmasının 39-cu ildönümü - İslam İnqilabı Günü münasibətilə rəsmi qəbul təşkil edib.

Naxcivantv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib.

Tədbirdə Azərbaycan Respublikasının və İran İslam Respublikasının dövlət himnləri səsləndirilib, “Qurani-Kərim”dən ayələr oxunub.

İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom çıxış edərək İran İslam Respublikasının 1979-cu ildən ötən dövrdə keçdiyi yoldan və ölkəsinin beynəlxalq əlaqələrinin inkişafı sahəsində görülən işlərdən danışıb. Diqqətə çatdırılıb ki, bu gün İran və Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir. İran İslam Respublikası Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verir. Həyata keçirilən qarşılıqlı səfərlərə diqqəti çəkən baş konsul İranın yaxın vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasında gediş-gəlişin artmasını, iqtisadi-ticarət əlaqələrinin genişlənməsini səmərəli əməkdaşlığın nəticəsi kimi dəyərləndirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dost və qardaş İran xalqının milli bayramı – İslam inqilabının 39-cu ildönümü münasibətilə qardaş İran xalqını təbrik edib, İran dövlətinə inkişaf və tərəqqi arzulayaraq deyib: Azərbaycan və İran xalqlarını qarşılıqlı mədəniyyət və ortaq dəyərlər birləşdirir. Bu amil hazırda ölkələrimiz arasındakı əlaqələrin inkişaf üçün geniş imkanlar açıb. Hər iki ölkə rəhbərinin səyi ilə dostluq və qardaşlıq əlaqələrimiz daha da inkişaf edir, faydalı əməkdaşlıq əlaqələri qurulur. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri arasında enerji, təhsil, turizm, ticarət və nəqliyyat sahəsində səmərəli əməkdaşlıq mövcuddur. Həyata keçirilən qarşılıqlı rəsmi səfərlər, imzalanan sənədlər və əldə olunan razılıqlar əlaqələrimizin inkişafına öz töhfəsini verməkdədir.

Ali Məclisin Sədri hazırda ölkələrimiz arasındakı münasibətlərin davamlı inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib, səmimi dostluq və qardaşlıq əlaqələrinin bundan sonra daha da möhkəmlənəcəyinə əminliklə çıxışını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıb: “İran-Azərbaycan əlaqələrinin uğurlu inkişafı bizi çox sevindirir. Bizim əlaqələrimiz tarixə əsaslanır. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir və ümumi işimizə böyük töhfədir”.

Digər rəsmi xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İsveç Krallığının ölkəmizdəki səfiri ilə görüşüb
Naxçıvan şəhərində yeni sənaye müəssisəsi istifadəyə verilib
Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd olunub
Naxçıvanda 9 May Qələbə Günü qeyd olunub
Naxçıvanda Bursa Dövlət Simfonik Orkestrinin konserti olub
Naxçıvanda yaz iməcilikləri davam edir
Naxçıvanda Duz Muzeyi istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin  yeni inzibati binası istifadəyə verilib
Nehrəm İmamzadəsi bərpa olunub
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində səs verib
Naxçıvan şəhərində zinət əşyaları hazırlayan fabrik  fəaliyyətə başlayıb
Naxçıvan şəhərində “Gənclər şəhərciyi” yaşayış kompleksi istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri  İranın Xarici İşlər Naziri ilə görüşüb
Ordubad dəmir yolu stansiyası kompleks  quruculuq işlərindən  sonra istifadəyə verilib
Naxçıvanda azərbaycanlıların soyqırımının  100-cü ildönümü qeyd edilib
Naxçıvanda Novruz iməciliyi keçirilib
Naxçıvan Muxtar Respublikası  Ali Məclisində görüş
Naxçıvan Muxtar Respublikasına yeni kənd təsərrüfatı texnikaları gətirilib
Kəngərli rayonunda yeni qapalı  suvarma şəbəkəsi qurulacaq
Naxçıvanda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə  tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Koreya Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
Naxçıvanda bu ilin ilk iməciliyi keçirilib
Naxçıvanda Xocalı soyqırımı qurbanlarının  xatirəsi yad edilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
Naxçıvanda İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə tədbir keçirilib
Geriyə
İrəli