Fevralın 23-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Azərbaycan Respublikasının orden və medallarının, Naxçıvan Muxtar Respublikasının fəxri adının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilib.

Naxcivantv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları ölkəmizin fəxri adlarına, yüksək orden və medallarına layiq görülmələri münasibətilə təbrik edərək deyib: Ölkəmizin sosial-iqtisadi inkişafının təməlində ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu dayanır. O ölkə inkişaf edir ki, orada bütün sahələrin inkişafı təmin olunsun. Bu gün Ulu Öndərin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda bütün sahələr inkişaf edir. Müxtəlif sahələrdə çalışan insanlar isə ölkəmizin inkişafına öz töhfələrini verirlər.

Ali Məclisin Sədri deyib: Hər bir müstəqil ölkənin ən qiymətli sərvəti onun vətənpərvər insanlarıdır. Çünki vətənpərvər insanları olan ölkənin müstəqilliyi və gələcəyi də etibarlı olur. Əgər bu gün ölkəmiz inkişaf edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutubsa, onda müxtəlif sahələrdə çalışan, bu inkişafda payı olan insanların əməyi də qiymətləndirilməlidir. Əməyi qiymətləndirilən, dövlət mükafatlarına layiq görülən insanların fəaliyyəti isə çalışdıqları kollektivlər üçün nümunədir.

Ali Məclisin Sədri təltif olunanlara təşəkkür edib, onlara işlərində uğurlar arzulayıb.  

Sonra Ali Məclisin Sədri Azərbaycan Respublikasının orden və medallarını, Naxçıvan Muxtar Respublikasının fəxri adının döş nişanlarını və vəsiqələrini təltif olunanlara təqdim edib.

Təltif olunanlardan Arif Qasımov, Aydın Quliyev, Şahid İbrahimov, Faiq Ağayev, Sənan Novruzov, Asəf Məmmədov Səhət Həbibbəyli, Sucaxan Novruzov, Teymur Rzayev və Səxavət Salmanov əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıq edərək deyiblər ki, bu gün Naxçıvan Muxtar Respublikasında  bütün sahələr inkişaf etdirilir. Yeni sosial obyektlərin, inzibati binaların, müasir yolların istifadəyə verilməsi insanların rahat yaşayışını təmin edib. Eyni zamanda hər bir sahədə çalışanlar üçün hərtərəfli iş şəraiti yaradılıb. Təltif olunanlar bundan sonra da səylə çalışacaqlarına və qarşıdan gələn Prezident seçkilərində ulu öndər Heydər Əliyevin siyasi xəttini dəstəkləyəcəklərinə söz veriblər.

Naxçıvan Muxtar Respublikasının “Əməkdar mühəndisi” fəxri adı ilə təltif olunan Mübariz Məmmədov minnətdarlıq edərək deyib: Dövlət mükafatı ilə təltif olunmağım çalışdığım kollektivin əməyinə verilən yüksək qiymət və böyük etimaddır. Mən bu gün çox xoşbəxtəm. Çünki bütün ailə üzvlərim yüksək dövlət etimadına layiq görülüb. Hər iki övladım muxtar respublikada yaradılan təhsil şəraitindən bəhrələnərək ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb. Onların Ali Məclis Sədri ilə görüşü bir valideyn kimi məni çox qürurlandırdı. Bundan başqa həyat yoldaşım “İlin ən yaxşı müəllimi” adına layiq görülüb. Həm çalışdığım kollektiv, həm də ailəm adından söz verirəm ki, göstərilən yüksək etimadı işimizlə doğruldacaq, bundan sonra da ölkəmizin inkişafına töhfə verəcəyik.   

   

Digər rəsmi xəbərlər

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib - FOTOLAR
Mənzillər təqdim olunub - FOTOLAR
Darıdağ arsenli su müalicə və istirahət kompleksi inşa olunacaq
Əlahiddə Ümumqoşun Ordunun yeni Səhra Təlim Mərkəzi istifadəyə verilib - FOTOLAR
Kəngərli rayonunun yaranmasının 15-ci ildönümü qeyd olunub - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvanda Xocalı soyqırımının 27-ci ildönümü ehtiramla yad edilib - FOTOLAR
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda sahibkarlarla görüş olub - FOTOLAR
Prezident Naxçıvanın vergi əməkdaşlarını təltif etdi - SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü qeyd olunub - FOTOLAR
Akademik İsmayıl Hacıyevə Naxçıvan Muxtar Respublika mükafatı verildi - SƏRƏNCAM
Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü - FOTOLAR
Naxçıvan şəhərində 2 nömrəli uşaq bağçası istifadəyə verilib - VİDEO
Şahbuz şəhərində yeni Aviakassa tikilib - FOTOLAR
Şərur Rayon Uşaq Xəstəxanası istifadəyə verilib
Şəhid ailəsinə, müharibə iştirakçılarına mənzil və avtomobil təqdim olunub
İnkişaf, tərəqqi və sabitliyin bəhrəsi – müasir Azərbaycan kəndləri
Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı qeyd olunub
Buzqov kəndində yerləşən hərbi hissənin əsgəri-məişət yaşayış kompleksi istifadəyə verilib
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib
Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilib
 Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İSESKO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb
Geriyə
İrəli