Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Heydərabad qəsəbəsində mədəniyyət və istirahət parkında təşkil edilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Həbib İbrahimov, idarə, müəssisə və təşkilatlarının  nümayəndələri iştirak ediblər. 

NUHÇIXAN xəbər verir ki, 20-dən çox ailə təsərrüfatçısı festivala 108 adda 5 mindən çox qablaşdırılan müxtəlif kənd təsərrüfatı məhsulları, milli mətbəx nümunələri və şirniyyatlar çıxarıb.

Sədərəyə məxsus müxtəlif növ və çeşiddə yerli məhsullar, xüsusən də Sədərək çörəyi, lavaşı, dəstanası, qovurma, quru meyvələr, qablaşdırılmış konservlər və digər məhsullar nümayiş olunub.  Sədərəyə məxsus dadlı-tamlı üzüm növləri-misqalı, ağ üzüm, kişmişi, həmçinin üzümdən hazırlanan mürəbbələr də diqqəti cəlb edib. Üzümdən hazırlanan şərablar, quru meyvələr, heyvandarlıq və arıçılıq məhsulları, dadlı-tamlı meyvələr alıcılar tərəfindən həvəslə alınıb.     

İstedadlı gənclərin müxtəlif əl işləri, rəsm və dekorativ tətbiqi sənət  nümunələri, ailə təsərrüfatçılarının istehsalı olan mürəbbə və şirniyyatlar, turşular, meyvə şirələri və araqları nümayiş olunub.

Sədərəkli qadınlar tərəfindən ərsəyə gətirilən milli mətbəx nümunələri də festival iştirakçılarının diqqətini çəkib. Ailə təsərrüfatçıları tərəfindən istehsal edilən arıçılıq məhsullarını-arı südü, vərəmum, çeşt, meyvə quruları, lavaşa, yarpaq dolması, dərman bitkiləri, kədo mürəbbəsi, və digər məhsulları yüksək qiymətləndirilib.

77 yaşlı təsərrüfatçı Abdulla Sadiqov istehsal etdiyi keyfiyyətli balın və üzüm bağında yetişdirdiyi məhsulun daim alıcısı olduğunu diqqətə çatdırıb.

Məlumat verilib ki, festivala sərhəd bölgəsinin bütün yaşayış məntəqələrindən 5 mindən çox qablaşdırılan məhsullar çıxarılıb. Ətraf sahələrdən yığılan dərman bitkiləri-kəklikotu, yarpız, dağ nanəsi, eləcə də yabanı giləmeyvələr-yemişan, həmərsün və onlardan hazırlanan müxtəlif məhsullar qablaşdırılaraq nümayiş olunub. Ərik, tut, alça və digər meyvə quruları qablaşdırılaraq festivala çıxarılıb. Ailə təsərrüfatçıları onlar üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirib, bundan sonra daha çox məhsul istehsal edəcəklərini söyləyiblər.

Sədərək rayon mədəniyyət sarayının musiqiçiləri, həmçinin uşaq musiqi məktəbinin “Yallı” kollektivi festivalı daha da rəngarəng edib.

Məhəmməd  Fərəcov

www.naxcivantv.az