Amerikalı tədqiqatçı - jurnalist Peter Tase Naxçıvana həsr edilən silsiləli məqalələrin müəllifidir. Onun Amerika Birləşmiş Ştatlarının "Foreign Policy News" qəzetində nəşr edilən "Əcəmi Naxçıvani: Azərbaycan memarlığı və İslam mədəniyyəti memarı" məqaləsi də xüsusi maraqla qarşılanıb. Naxcivantv.az Peter Tase-nin həmin məqaləsini öz oxucularına təqdim edir.

 Oktyabrın 15-də Vaşinqtonun Smitsonian Artur M.Sackler Qalereyasında “Quran sənəti: Türk və İslam memarlıq muzeyindən xəzinələr” adı altında 48 əlyazma nümayiş etdirilmişdir.

Bu kolleksiyalar Smitsonian muzeyində Sakler və Frira Rəsm Qalereyasının əlyazmaları ilə birgə nümayiş etdirilmişdir. Digər İslam əsərlərindən fərqli olaraq Qurani-Kərim Naxçıvan Muxtar Respublikasının memarlığı, mədəniyyəti, dini adət-ənənələri və insanlarının həyatına çox güclü təsir etmişdir. Naxçıvan şəhəri Nuh peyğəmbərin vətənidir. Nuh peyğəmbərin türbəsinin yerləşdiyi Naxçıvan 2018-ci ildə dünya İslam Mədəniyyətinin Paytaxtı olacaqdır. Azərbaycanın bu regionu İslam mədəniyyətini qiymətləndirənlər, Avropa memarlığında İslam mədəniyyətinin rolunu tədqiq edənlər və qitələrarası ticarət marşrutu ilə maraqlanan beynəlxalq tədqiqatçılar üçün mühüm bir ərazidir.

1901-1902-ci illərdə Ordubad şəhərində olan Cümə məscidinin təmiri zamanı, Naxçıvanın tanınmış xəttatı Məhəmməd Təqi tərəfindən məscidin daxili divarlarına Qurandan bir neçə xətt sənəti ilə cümlə yazılmışdır. Bu kalliqrafik yazı Azərbaycan cəmiyyətinin və Naxçıvanın tarixi abidələrinin Qurani-Kərimlə dərin köklü bağlılığını ifadə edir. Bundan başqa Qurani-Kərimdə qeyd olunan Əshabi-Kəhf mağarası Naxçıvan şəhərindən 13 kilometr məsafədə yerləşir. Bu ziyarətgahda Qurani-Kərimdən çoxlu sayda frazalar qeyd edilmiş məscid inşa olunmuşdur.

Naxçıvan Əcəmi Əbubəkir oğlu Naxçıvani, Məhəmməd Təqi və naxçıvanlı xəttat Mirzə Süleyman Mərəndi kimi dünyaca məşhur şəxslərin vətənidir. Qeyd olunan memarlar Naxçıvan ərazisində olan Ağoğlan türbəsi, Meydan məscidi və Möminə xatın kimi çoxlu sayda abidələrin müəllifləridir.

Sədərək kəndinin şərqində Seyid Pərinin qəbrinin üzərində Ağoğlan türbəsi tikilmişdir. Xalq arasında olan əfsanəyə görə Seyid Pəri və onun oğlu bədniyyətli dərvişi öldürərək əhalinin firəvan yaşayışını və rahatlığını təmin etmişdir. İslam dininə inananlar üçün Ağoğlan piri ziyarətgah hesab olunur. Dərin təəssürat doğuran Naxçıvan memarlıq nümunəsi möhtəşəm günbəzlə tamamlanan çoxşaxəli altıbucaq bu abidədə təcəssüm olunmuşdur. Türbənin girişi cənubdandır və üzərində tağşəkilli pəncərələr vardır. Ziyarətçilər dilək tutaraq türbənin içərisində şam yandırırlar. Türbənin ətrafındakı bulağın suyu müqəddəs və şəfaverici hesab edilir.

Smitsonian İnstitunun alimlərinin böyük diqqətinə layiq olan digər bir abidə isə Ordubad rayonunun Dəstə kəndində olan “Meydan” məscididir. Məscidə giriş qərb tərəfdəndir. Məscidin uzunluğu 18.7 metr, eni 12.3 metr, hündürlüyü isə 4 metrdir. Tavan 18 standart ağac sütunun üzərində dayanıb. Məscidin şimal və cənub divarlarında 4, qərb divarında isə 2 pəncərə vardır. Giriş qapısının baş tərəfində qoyulan kitabələrin məzmunundan məlum olur ki, məscid 1610-1611-ci illərdə Əbdülxan Cavad oğlunun əmri ilə Məşədi Hüseynəlinin oğlu Hacı Məhəmməd Nəqi tərəfindən inşa edilmişdir.

Naxçıvan şəhərindəki “Cümə” məscidi Naxçıvan memarlıq məktəbinin nümayəndəsi Məhəmməd Təqi tərəfindən tikilmişdir. Bu memarın adı 1894-cü ildə tikilmiş və haliyədə istifadə olunan dini abidənin daxilindəki kitabədə yazılmışdır. Memar Məhəmməd Təqi məscidin daxili divarlarına aşağıdakı qeydləri yazaraq özünü təqdim etmişdir: “Əgər məndən sonra məscidin memarını axtarsalar, səkkizinci imamdan sonrakı adla adlanıram” – deyə özünü təqdim etmişdir. Məlumdur ki, şiələrin səkkizinci imamının adı Rza, ondan sonrakı doqquzuncu imamın adı isə Məhəmməd Təqi olmuşdur. Bu yolla yerli alimlər Naxçıvanın məşhur memarının adını müəyyənləşdirmişlər.

Şərq memarlığının incilərindən biri olan Möminə xatın türbəsi Naxçıvan şəhərində olan tarixi-memarlıq abidəsidir və 1186-cı ildə Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin əmri əsasında memar Əcəmi Əbubəkir oğlu Naxçıvani tərəfindən inşa edilmişdir. Atabəy Eldəniz arvadı Möminə xatının qəbri üzərində məqbərə yaradılmasına qərar vermiş, onun tikintisini oğlu Məhəmməd Cahan Pəhləvan 1186-cı ildə başa çatdırmışdır. El yaddaşında “Atabəy qünbəzi” adı ilə qalmışdır. Abidənin baş tağında kufi xətti ilə bu sözlər yazılmışdır: “Biz gedirik ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”. Möminə Xatın türbəsinin ümumi hündürlüyü 34 metr olmuş, sonralar 8 metr hündürlüyündə olan xarici örtüyü dağılmışdır. Türbə yeraltı və yerüstü sərdabədən ibarətdir. Bəzi tədqiqatçılara görə, sərdabədə Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldəniz, onun həyat yoldaşı Möminə xatın və oğlu Məhəmməd Cahan Pəhləvan dəfn olunmuşdur. 2003-cü ildə sərdabədə əsaslı bərpa işləri aparılmışdır. Sərdabə orijinal quruluşlu olub, zəngin tərtibata malikdir. Mərkəzdə yerləşmiş sütun onbucaqlının hər küncləri ilə tağşəkilli formada birləşir. Sərdabənin bu qurluşu sonralar Qərbdə, qotika memarlığında tətbiq edilmişdir. Türbənin yerüstü hissəsi xaricdən onüzlü (bütün tərəfləri kufi kitabələrlə haşiyələnmişdir), daxildən isə dairəvidir. Günbəzin daxilində xəlifələrin adı yazılmış dörd dairəvi medalyon vardır. Bişmiş kərpicdən tikilmiş abidənin küncləri çıxıntı şəkilində, səthləri isə batıq formada tikilmişdir. Türbənin künclərindəki çıxıntılar kufi xətti ilə işlənmiş kitabələrlə örtülmüşdür. Bu kitabələrin uzunluğu 500 metrə çatır. Türbənin səthi quruluşu həndəsi ornamentlərin kompozisiyasından ibarət firuzəyi kaşılarla daha da zənginləşdirilmişdir. Bu tərtibatlar türbəni Avropa və Qafqaz regionunda unikal abidəyə çevirmişdir. Türbənin qərb hissəsi işlənmiş xüsusiyyətlərinə görə fərqlənir. Burada səth iki yerə bölünmüş, aşağı hissəsində giriş qapısı baştağı şəkilində yerləşdirilmiş, yuxarı hissəsində isə ornamental bəzəklər həkk olunmuşdur. Memarın adını və abidənin inşa tarixini göstərən kitabələr baştağdan yuxarıda həkk edilmişdir. Türbənin sadə quruluşlu daxili səthi gəc ilə suvanmış, günbəzin iç tərəfinə 4 medalyondan ibarət bəzək vurulmuşdur. Memarlıq layihəsi, hündürlüyü, rəngləri və qeyri-adi quruluşu bu abidəyə xüsusi status verərək abidəni orta əsrlərin şah əsərinə çevirərək bütün Asiyanın memarlıq məktəblərinə təsir etmişdir. SSRİ alimi M.V.Alpatov yazır: “Möminə xatın türbəsi nadir gözəllik və zəriflik abidəsidir... Həmçinin Şərqin ən gözəl klassik əsəri sayılan Nizami Gəncəvinin “Leyli və Məcnun”-u kimi əbədidir”.

Bu abidə Əcəmi Naxçıvaninin nadir naliyyətlərindən biridir. XII əsrdə Avropada bu növ memarlıq modeli mümkünsüz idi. Əlbəttə Smitsonianlar Əcəmi Naxçıvaninin memarlıq məktəbində təcəssüm olunan İslam mədəniyyətinə və Naxçıvanda İslam mədəniyyətinin müqayisəyəgəlməz inkişafına, xəttatlığına, dini incəsənəti və nadir abidələrinə daha çox diqqət yetirməlidirlər.

Peter Tase
14.12.2016
Amerika Birləşmiş Ştatlarının
"Foreign Policy News" qəzeti

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

17-11-2020-18-25 Xəbərlər

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

19 noyabr tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxç...

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb

17-11-2020-16-27 Rəsmi

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb

1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli liderimi...

Ermənistan XİN rəhbərinin müavini də istefa verdi

17-11-2020-15-49 Xəbərlər

Ermənistan XİN rəhbərinin müavini də istefa verdi

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın da vəzifəsindən iste...

Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı

17-11-2020-12-54 Xəbərlər

Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı

Son iki il yarım müddətində Ermənistanda vətəndaşlıqdan imtina ilə bağlı 16 894 ...

Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib

17-11-2020-11-20 Xəbərlər

Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Daxili Qoşunların "Naxçıvan” Əlah...

30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır

17-11-2020-00-00 Xəbərlər

30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır

Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yeni...

Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib

16-11-2020-20-32 Xəbərlər

Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, imtahan Naxçıvan Muxtar Respublik...

Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”

16-11-2020-18-41 Xəbərlər

Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”

"Şuşanı saxlamaq mümkün olsaydı, saxlayardıq”.

Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir

16-11-2020-18-19 Rəsmi

Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir

Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi qurulub.

Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı

16-11-2020-14-34 Xəbərlər

Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan Şəhər İcra Hakimiyyətindən m...

Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi

16-11-2020-12-50 Xəbərlər

Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi

Türkiyənin Azərbaycana ordu göndərilməsi barədə qanun layihəsi Türkiyə Böyük Mil...

Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”

16-11-2020-11-26 Xəbərlər

Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”

Qarabağda itkin düşən bir neçə yüz əsgərimiz var.

Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?

16-11-2020-10-35 Xəbərlər

Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı Bəyanata əsasən, işğal...

Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb

16-11-2020-09-48 Xəbərlər

Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb

Ermənistanın baş naziri Nikol Paşinyan hərbçiləri Qarabağdan Yerevana qayıtmağa ...

Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb

16-11-2020-09-00 Xəbərlər

Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb

Misirin “Nile1” informasiya portalının baş redaktoru Mahmud Diab Azərbaycanın qə...

General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir

15-11-2020-16-46 Xəbərlər

General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir

Noyabrın 15-nə planlaşdırılmış və üç ölkənin rəhbərləri tərəfindən imzalanmış bə...

Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib

15-11-2020-15-21 Xəbərlər

Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının b...

Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır

15-11-2020-15-11 Xəbərlər

Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır

Azərbaycanın Kəlbəcər rayonunda qeyri-qanuni məskunlaşmanın nəticələri aradan qa...

Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar

15-11-2020-14-24 Xəbərlər

Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar

Azərbaycanın işğalçı Ermənistan üzərində rəşadətli hərbi-siyasi qələbəsi, eləcə ...

Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb

15-11-2020-10-56 Xəbərlər

Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb

Qarabağ müharibəsində Ermənistan tərəfdən xarici muzdluların, o cümlədən terrorç...

Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb

14-11-2020-17-56 Xəbərlər

Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb

Ermənilər məğlubiyyətə görə kimə “borclu” olduqlarını anlayırlar və bu səbəbdən ...

Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan

14-11-2020-15-55 Xəbərlər

Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan

Azərbaycanın müzəffər Qələbəsini özündə ehtiva edən, Azərbaycan, Rusiya və Ermən...

Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi

14-11-2020-12-45 Xəbərlər

Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlim Naxçıvan Muxtar Respublikas...

Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur

14-11-2020-11-24 Xəbərlər

Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “RİA Novosti” Azərbaycanın işğal ...

Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib

14-11-2020-11-05 Xəbərlər

Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib

Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya...

Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib

13-11-2020-16-05 Xəbərlər

Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib

Azərbaycan Respublikasının Milli Məclisi noyabrın 13-də keçirilən iclasında Azər...

Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib

13-11-2020-14-57 Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib

Əsgərlikdə bayrağın mənasını, müqəddəs bir əmanət olduğunu ən yaxşı siz bilirsin...

Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi

13-11-2020-12-18 Xəbərlər

Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paş...

Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”

13-11-2020-10-50 Xəbərlər

Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”

“Qarabağ sazişində Türkiyənin yeri harada deyə soruşanlara cavab verirəm: Türkiy...

Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib

13-11-2020-09-24 Xəbərlər

Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının...